İndiyə qədər qeydə alınan ən böyük okean dalğası neçə metrdir?

6-08-2024, 08:43           
İndiyə qədər qeydə alınan ən böyük okean dalğası neçə metrdir?
Dənizlərdə və okeanlarda dalğaların əsas mənbəyi küləkdir. Dalğalar, enerjilərini azaldacaq heç bir maneə ilə qarşılaşmasalar, bütün okean hövzəsini keçmək potensialına malikdirlər.

İndex.az xəbər verir ki, okeanlarda və dənizlərdə baş verən böyük dalğalar üçün istifadə etdiyimiz sunami sözü yapon dilində liman dalğası deməkdir.

Okean və dəniz diblərində zəlzələlər, vulkan püskürmələri və torpaq sürüşmələri kimi tektonik hadisələr nəticəsində suya ötürülən enerjinin yaratdığı sunamilərin sürəti saatda 900 km-i keçə bilir. Müqayisə üçün qeyd edək ki, bu sürət reaktiv təyyarənin gedə biləcəyi sürətdir.

Sunami dalğaları dənizin dərin hissələrində çox hiss olunmur, lakin dayaz sahillərə çatdıqda bu dalğalar dağıdıcı təsirlərə malik ola bilər. Sunamilərin təxminən 80%-i Sakit Okeanda baş verir. Buna səbəb dünyada baş verən zəlzələlərin 90%-dən çoxunun aktiv tektonik rayonların yaratdığı zonada baş verməsidir.

Meqatsunami sözü sunami dalğalarından daha böyük amplitudalı dalğalara aiddir. Meqatsunamilər adətən suyun yaxınlığında vulkan püskürməsi, nəhəng sürüşmələr və ya nəhəng asteroidlərin dənizə çırpılması nəticəsində baş verir.

Dünya tarixində qeydə alınan ən böyük sunami 1958-ci ildə Alyaskanın Lituya körfəzində baş verib. Bu meqatsunami, Alyaskadakı Fairweather qırıqlığının seysmik hərəkəti nəticəsində yaranan 7,7 bal gücündə zəlzələ nəticəsində baş verdi.

90 milyon ton ağırlığında, həcmi 40 milyon kubmetr olan qayaların və buzların Lituya körfəzinə düşməsi 524 metr hündürlüyə çatan su dalğasına səbəb olub. Bu hündürlük Nyu Yorkdakı “Empire State Building”dən təxminən 144 metr yüksək idi. Sahildəki demək olar ki, bütün ağacları kökündən qoparan bu meqasunami əhalinin çox az olduğu ərazidə baş verdiyi üçün cəmi 5 nəfərin ölümünə səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.