Ciddi iqlim dəyişikliyi proqnozlaşdırılır
11-08-2024, 17:24
Nature nəşri yazır ki, temperaturun artması Yerin iqliminin dəyişikliyi ilə bağlıdır
Yer kürəsində temperaturun artması ilə əlaqədar ciddi iqlim dəyişiklikləri baş verəcək. Bu barədə Rusiya mediası "Nature" jurnalında dərc olunan araşdırmaya istinadən məlumat verib.
Beynəlxalq alimlər qrupunun sözlərinə görə, insan fəaliyyəti ilə nəticələnən iqlim dəyişikliyi Yer kürəsinin ekosisteminin böyük komponentlərini qeyri-sabitləşdirə bilər. Bunlara, məsələn, Amazon tropik meşələri, Arktika və Antarktidanın buzlaqları daxildir. Mütəxəssislər qeyd ediblər ki, əgər hazırkı iqlim meylləri davam edərsə, "qırılma anı"nın yaranma riski 45 faizə yaxınlaşacaq.
Müəlliflər qeyd ediblər ki, 1,5 dərəcə həddi keçdikdən sonra temperaturun hər 0,1 dərəcə artması ilə hadisələrin bu cür inkişaf riski artacaq. Araşdırmanın həmmüəllifi Annika Ernest Heqner mövcud iqlim meylləri ilə əsrin sonuna qədər Yer kürəsində temperaturun 2,6 dərəcə yüksələcəyini proqnozlaşdırıb.
Həmmüəllif Tessa Meller həmçinin bildirib ki, bəşəriyyət üçün riskləri effektiv şəkildə məhdudlaşdırmaq məqsədilə istixana qazlarının sıfır tullantılarına nail olmaq və onları dəstəkləmək lazımdır. Lakin hazırda Yer sistemlərini öyrənmək üçün istifadə edilən müasir modellər hələ gələcəyi tam olaraq proqnozlaşdırmaq iqtidarında deyil.
"Yalnız aşılan istiləşmədən sonra onun tez bir zamanda azalması qırılma nöqtəsinin risklərini effektiv şəkildə məhdudlaşdıra bilər", - doktor Karl Şleyssner bildirib.
Onun sözlərinə görə, istixana qazlarının tullantılarının azaldılması bütün planet üçün həyati əhəmiyyət kəsb edir.
Bu yaxınlardaq Boston Kollecinin alimləri tropik yüksək dağlıq buzlaqların son 11,700 il ərzində rekord dərəcədə kiçik ölçülərə qədər azaldığını aşkar ediblər. Müəlliflər qeyd ediblər ki, tropik bölgələrin istiləşməsi holosen dövrünə xas olan səviyyələri aşıb.