NEÇƏ YAŞINDA QOCALMIŞ SAYILIRIQ?
29-08-2024, 09:04
“Lancet” dərgisi ABŞ, Norveç və İspaniya alimlərinin müxtəlif xalqlarının qocalma sürətini müqayisə edən bir araşdırma dərc etmişdi. Nüfuzlu tibb dərgisndən bəzi qeydlər…
Alimlər hər ölkədəki ortalama insan ömrünün uzunluğundan deyil, qocalıqla bağlı xəstəliklərin hansı yaşda özünü göstərməsindən yola çıxıblar. 1990–2017 illər arasındakı periodları təhlil edən elm adamları müəyyən ediblər ki, insanda qocalığın başlama yaşı 65 yaşdır.
Ancaq maraqlıdır ki, 65 yaşı heç də bütün ölkələrə şamil etmək olmur. Məsələn, yaponlar özlərini ancaq 76 yaşından sonra qocalmış hiss etməyə başlayırlar.
Bu göstərici Papua Yeni Qvineyada çox avınacaqlıdır – papuaslar 45 yaşında özlərini artıq qoca bilirlər.
Əfqanıstanda insanlar 51,6, Lesotoda isə 53,6 yaşında qocalmış sayırlar.
Bəxtəvər Yaponiya, İsveçrə, Fransa və Sinqapurda qocalıq yaşı 76-dır.
İtalyanlar 74,8, israillliər 74, Amerikalılar isə 68 yaşa qədər özlərini orta yaşlı hesab edirlər.
Rusiyada vəziyyət Əfqanıstandan bir qədər yaxşıdır.
Ruslar 59 yaşına gələndə özlərini artıq qoca sayırlar.
Ukraynada isə göstərici 57-dir.
Rusiyada və Ukraynada kişilərin sağlamlığı qadınlarla müqayisədə daha bərbad durumdadır. Tədqiqatlar Şərqi Slavyanyan kişilərinin tez yaşlandığını, artıq 53-55 yaşlarında qocalığın başladığını göstərir.
Ukraynada bu göstərici daha da pisdir – 50-53 yaş.
“Lancet” bu dataya əsasən rus kişilərinin fizioloji qocalığının 55-də başladığını (qadınlarda 65) nəzərə alaraq onların məhz bu yaşlarda təqaüdə çıxmalarını tövsiyyə edir...
***
Doğrusu Rusiya və rus cəmiyyətinə bir az bələd olanlar Şərqi Slavyan insanının o yaşlarda həm çox qoca, həm də sağlam olmadığını asanlıqla müşahidə edə bilirlər. Bu, xüsusilə 35-40 yaşından sonrakı kişilərə aiddir, çünki onlar nəsli kəsilməkdə olan növə çevrililirlər.
Bütün bunları görmək üçün demoqrafik vəziyyətə, uşaq ölümü, uşaq narkomaniyası və uşaq alkoqolizmi kimi göstəricilərin apokalipsisi andıran statistikasına baxmaq kifayətdir. Bu işlər Kremlin “uşaq doğun, uşaq doğun” deməsilə, maddi stimullar verməsilə olmur.
Bunun üçün insan sağlam olmalıdır.
Sağlam insanı isə yetişdirmək lazımdır.
O da ancaq sağlam cəmiyyətlərdə mümkün olur…
https://t.me/ibrahim_nebioglu
TEREF