Tramp imperiyasının iç üzü: Qız işçilər və ölü atlardan necə istifadə etdilər?

13-09-2024, 18:25           
Tramp imperiyasının iç üzü: Qız işçilər və ölü atlardan necə istifadə etdilər?
Baku TV-də ABŞ-nin 45-ci Prezidenti Donald Trampın ailəsi - atası Fred Tramp və babası Fridrix Tramp haqqında araşdırma materialı efirə gedib. Fred Tramp ABŞ dövlət büdcəsindən milyonlarla dolları mənimsəməkdə təqsirləndirilir, babası isə ABŞ-də insanlara ölü atların ətindən burger hazırlayan və bununla milyonlar qazanan işbazdır.

Tramp imperiyasının təməlində babası, Almaniyadan mühacir Fridrix Tramp dayanır. O, 1885-ci ildə 16 yaşında evdən qaçaraq ABŞ-yə sığınır və Trampların hekayəsi Bavariyada başlayır. İlk illərdə bərbər kimi çalışan Fridrix qazancını qəpiyinə kimi yığır. Sietlin hər yerində tikinti getməsi haqqında eşidən Fridrix Nyu-Yorku tərk edərək bu fürsətdən istifadə etmək qərarına gəlir.

O, mərkəzdən bir az kənarda 16 hektar ərazini 200 dollara əldə edir. Bu, Fridrixin ilk böyük sərmayəsi olur. Həmin dövrdə qızıl hərisliyi çox yayılmışdı. İnsanlar yeni kəşf edilmiş mədənlərdən qızıl əldə etmək üçün ölkənin hər yerindən gəlirdilər və Fridrix Tramp insanlara qalmaq üçün otel inşa edir. Qızıl əldə edən xoşbəxtlər oğurluqdan qorxaraq oteldə qalmaqdan ehtiyat edirdilər. Amma Fridrix Tramp oteldə qonaqları əyləndirmək üçün qadınları işə götürür. Daha sonra, Fridrix Tramp qızılaxtaranlara qoşulub bəxtini sınamaq fikrinə düşür.

Qarlı dağlarda irəliləyən onlarla qızıl hərisi mədənlərə çatmadan dünyasını dəyişirdi. Keçilməsi çətin olan Vayt adlanan yer var idi. Buranı hətta "ölü at izi" adlandırırdılar, çünki atlar dözməyib məhv olurdu. Fridrix Tramp anlayır ki, bu iş ona görə deyil, amma daşdan pul çıxarmağın yollarını yaxşı bilən işbaz, elə həmin dağlarda mobil yeməkxanalar açmaq qərarına gəlir. O, ölən atların ətindən burgerlər hazırlayaraq varlanırdı. Bir ildən sonra at əti bitir və Fridrix Tramp işini sataraq şəhərə qayıdır. Fridrix Tramp 1918-ci ildə ispan qripi epidemiyasından dünyasını dəyişir.

Atası oğlu Fred Trampı əsl biznesmen kimi böyüdüb. Fred Trampın başına xoşbəxtlik quşu İkinci Dünya müharibəsindən sonra qonur. Müharibədə iştirak edən veteranlar üçün evlərin tikilməsinə start verilir və əlbəttə ki, Fred Tramp bu işdə birinci olur. Layihə dövlət büdcəsindən maliyyələşəcəkdi. Fred Tramp büdcədən ayrılan pullarla minlərlə ev tikir. Amma pullar sadəcə tikilən evlərə yox, həm də Fred Trampın cibinə axırdı. 1954-cü ildə tikinti sektorunda dələduzluq faktının araşdırılmasını irəli sürürlər. Araşdırma zamanı dörd milyard dolların mənimsənilməsi faktı ortaya çıxır. Fred Tramp isə ifadəsində belə deyir:

"Dövlət mənə evlər tikmək üçün pul verib. Mən də tikirəm və istifadə etmədiyim pullar digər evlərin tikilməsi üçün nəzərdə tutulub. Yəni mən indiyə qədər insanların inamını qazanmamışam? Ümumiyyətlə, burada nə baş verdiyini anlamıram və cinayət tərkibi görmürəm".

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.