İlk hidrogen bombasını hazırlayan alim vəfat etdi

Dünən, 17:44           
İlk hidrogen bombasını hazırlayan alim vəfat etdi
Dünyanın ilk hidrogen bombasını hazırlayanlardan biri, amerikalı fizik Riçard Lourens Qarvin 96 yaşında vəfat edib.

"The New York Times" nəşri xəbər verir ki, onun ölümünü alimin oğlu təsdiqləyib.

Qarvin 1928-ci il aprelin 19-da ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində anadan olub.

Nüvə silahlarının yaradılmasında iştirak etməsinə baxmayaraq, Qarvin sonradan silahlara nəzarət və nüvə tərksilahının sadiq müdafiəçisi olub.

O, yeni silah növlərinin hazırlanmasına açıq şəkildə qarşı çıxıb və müdafiə siyasətində şəffaflıq ideyalarını fəal şəkildə təbliğ edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.