Dünyada ən sürətli futbolçu kimdir?

15-05-2025, 17:58           
Dünyada ən sürətli futbolçu kimdir?
Portuqaliyanın "Santa Klara" klubunun futbolçusu Qabriel Silva sürət üzrə dünya rekordunu qırıb.

Bu barədə sport.ru xəbər verir.

Rekord mayın 10-da Portuqaliya çempionatında keçirilən "Santa Klara" - "Famalikan" (2:1) oyununda qeydə alınıb.

Belə ki, ikinci hissəyə əlavə olunmuş vaxtda ev sahibi komandanın hücumçusu Qabriel Silva sprint zamanı sürətini saatda 40,3 kilometrədək artırıb.

Göstərici "STATSports" şirkətinin GPS məlumatlarından istifadə etməklə qeydə alınıb.

Klubdan verilən məlumata görə, futbolçu "Nyukasl Yunayted"in mərkəz müdafiəçisi Sven Botmanın 39,21 km/saat nəticəsini üstələyərək, yeni dünya rekordu müəyyənləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru