Mavritaniyanın eks-prezidenti 15 il müddətinə həbs edildi
15-05-2025, 16:48
Mavritaniyanın Apellyasiya Məhkəməsi keçmiş Prezident Məhəmməd uld Abdel Əzizi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 15 il müddətinə azadlıqdan məhrum edib.
AFP agentliyi xəbər verir ki, 2008-2019-cu illərdə hakimiyyətdə olan Əzizin adı iki keçmiş baş nazir, sabiq nazirlər və iş adamları daxil olmaqla, onlarla digər yüksəkvəzifəli məmurla birlikdə bu iş üzrə hallanıb.
Onlar qanunsuz varlanma, çirkli pulların yuyulması məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunublar.
2023-cü ilin dekabrında sabiq prezident beş il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi 2024-cü il noyabrın 13-də başlayıb.
Məhkəmə həmçinin Əzizin əmlakının müsadirə edilməsi və onun mülki hüquqlarından məhrum edilməsi barədə qərarı qüvvədə saxlayıb.