Kameralar Madonnaya yönəldi: "Netflix" ulduzun həyatını ekranlaşdırır

15-05-2025, 16:28           
Kameralar Madonnaya yönəldi: "Netflix" ulduzun həyatını ekranlaşdırır
Məşhur amerikalı müğənni Madonna rejissor Şon Levi ilə birlikdə həyatından bəhs edən mini-serial üzərində işləyir. Layihə "Netflix"də yayımlanacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Deadline məlumat yayıb.

Qeyd olunur ki, Madonnanın həyat və musiqisindən bəhs edəcək serial hazırda ilkin hazırlıq mərhələsindədir. Layihənin sənətçinin karyerasının hansı dövrünü əhatə edəcəyi hələlik məlum deyil. Həmçinin onun ssenarinin yazılmasında iştirak edib-etməyəcəyi də dəqiqləşdirilməyib.

Rejissor Şon Levi 2024-cü ildə "Deadpool and Wolverine" filmini təqdim edib və daha əvvəl "Night at the Museum", "Pink Panther" və digər filmlər üzərində işləyib.

Məlumata görə, serialın Madonnanın həyatına dair daha əvvəl "Universal" studiyası tərəfindən hazırlanmış tammetrajlı bioqrafik filmə heç bir aidiyyəti yoxdur. Sözügedən film barədə 2020-ci ildə məlumat verilmişdi. 2023-cü ildə filmin çəkilişləri dayandırılsa da, 2024-cü ilin iyul ayında yenidən bərpa olunacaq. Madonna rolunu oynamaq üçün aktrisa Culiya Qarner dəvət olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru