Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi

Dünən, 16:36           
Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
Yük maşını sürücüsü olan Əhmədov Muxtar Anaxeber.com vasitəsi ilə Daxili İşlər naziri Vilayət Eyvazoba müraciət edib. 99 HT 123 dövlət nömrə nişanlı yük maşını istifadə edən M.Əhmədov bildirib ki, onu Bakının Binəqədi rayon ərazisində 90 YP 658 nömrəli yol patrul xidməti avtomobilinin əməkdaşı saxlayıb. YPX əməkdaşı sürücüyə bildirib ki, yükdaşıma qaydalarını pozduğuna görə maşın cərimə meydançasına getməlidir. Sürücü ondan protokol tərtib olunmasını istəyib. Lakin YPX əməkdaşı protokol tərtib olunmayacağını deyib və bildirib ki, maşın duracağa gedəcək, özü də Binəqədi DYP-də 2-ci otağa yaxınlaşacaq: “Dedi ki, əks halda post patrul xidməti çağırılacaq. Bundan sonra mən Binəqədi DYP-yə getdim. Orada deyildi ki, ikinci otaqda olan Kamran müəllimlə görüşəcəksən. İçəri girməmiş isə telefonlarımı aldılar. Dedim ki, mobil telefonun biri ailədən gələn zəng üçündür. Ancaq hər ikisini aldılar. Yəni içəridə nə baş versə, onu sübut edə bilməyəcəksən. Uzun sözün qısası, bir müddət sonra Kamran adlı rütbəli ilə görüşdüm. O da bizi saxlayan yol polis əməkdaşı ilə telefon əlaqəsi saxladı. Sonra Kamran müəllim dedi ki, yükü boşaldın, cərimə yazaq. Bildirdik ki, yükü rayona aparırıq, çatdırmalıyıq. O da heç bir protokol tərtib etmədən 150 manat istədi”.
Sürücünün sözlərinə görə halbuki yükdaşıma qaydasının pozulması cəriməsi 40 manatdır: “Dedim ki, Kamran müəllim, cərimə 150 manat deyil axı. Sonra bizim üçün bu məbləği 120 manat edəcəyini söylədi. Uzun söhbətdən sonra məndən 100 manat alındı, yük maşının olduğu dayanacaqda da çıxmaq üçün 10 manat istədilər. Yəni heç bir protokol tərtib edilmədi, dedi ki, gedib maşını götürə bilərsiniz. Maşını çıxardıqdan sonra Daxili İşlər Nazirliyinin 102 Qaynar Xəttinə, eləcə də Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin 161 xəttinə məlumat vermişəm. Çünki hər dəfə başımıza oyun açırlar".

Anaxeber.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.