Maraqlı layihə - Kosmik gəmilər Yerin energetikasını dəyişəcək
Dünən, 17:38

Təsəvvür edin ki, cəmi 10 kosmik gəmi Birləşmiş Ştatların bütün elektrik stansiyalarının birlikdə istehsal etdiyi qədər enerji istehsal edə bilir. Elmi fantastika kimi səslənsə də, "SpaceX"in rəhbəri İlon Mask məhz belə bir inqilabi ideya irəli sürüb.
Milyarder bununla bağlı özünün "X" hesabında paylaşım edib.
Onun sözlərinə görə, uzun müddət "SpaceX" şirkətinin öz data mərkəzlərini enerji ilə təmin etmək problemi üzərində düşünüb və bu zaman ağlına dahiyanə bir həll yolu gəlib - "Starship" kosmik gəmilərini orbital günəş elektrik stansiyaları kimi istifadə etmək.
"10 "Starship" gəmisi bir teravat enerji istehsal edə bilər ki, bu da ABŞ-də istehsal olunan bütün elektrik enerjisi ilə müqayisə edilə bilər", - deyə Mask paylaşımında yazıb.
Bəs bu necə işləməlidir?
Konsepsiyaya görə, "Starship" gəmiləri Yer orbitində yerləşdiriləcək, burada onlar günəş enerjisini səmərəli şəkildə tutub toplaya biləcəklər. Sonra toplanmış enerji istiqamətləndirilmiş mikrodalğalı şüalanma şəklində Yerə ötürüləcək. Planetin səthində isə bu şüalanma xüsusi qəbuledicilər tərəfindən qəbul ediləcək və bizim üçün adi olan elektrik enerjisinə çevriləcək.