Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ

15-05-2025, 17:15           
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Qazaxıstan öz vətəndaşlarının Gürcüstandan deportasiya hallarının artması ilə bağlı narahatlığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qazaxıstan və Gürcüstan arasında müvafiq qurumların iştirakı ilə keçirilən konsulluq məsləhətləşmələri zamanı Qazaxıstan tərəfi ölkə vətəndaşlarının Gürcüstana girişindən imtina və sonradan deportasiya hallarının sayının artdığını qeyd edib.

Qeyd olunub ki, əksər qazaxıstanlı turistlər qəbul edən ölkənin qanunlarına vicdanla əməl edirlər.

Gürcüstan tərəfi isə öz növbəsində bəyan edib ki, may ayının əvvəlindən etibarən girişə rədd cavablarının sayı əhəmiyyətli dərəcədə azalıb və Qazaxıstan vətəndaşları üçün əlverişli şəraitin yaradılmasına hazırdır.

Məsləhətləşmələr zamanı, həmçinin, vətəndaşların hüquqlarının müdafiəsi, ikitərəfli və beynəlxalq sazişlərə əməl olunması, ekstradisiya sahəsində əməkdaşlıq da daxil olmaqla, konsulluq qarşılıqlı fəaliyyətinin geniş spektri üzrə məsələlər müzakirə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru