"Arsenal" klubu transfer pəncərəsində 100 milyon funt sterlinq xərcləməyə hazırlaşır

15-05-2025, 17:18           
"Arsenal" klubu transfer pəncərəsində 100 milyon funt sterlinq xərcləməyə hazırlaşır
"Arsenal" uzun illərdən sonra ilk dəfə bir transfer pəncərəsində 100 milyon funt sterlinqdən çox pul xərcləməyə hazırdır.

Bu barədə "Sky Sports" məlumat yayıb.

Bildirilib ki, London klubunun hazırda maliyyə durumu çox yaxşıdır. Son dövrlərdə "topçular" çox pul xərcləməyiblər və Premyer Liqanın maliyyə feyr-pley qaydalarına uyğun hərəkət ediblər.

Komandanın ilk transferi "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi olacaq. Klub onun 60 milyon avroluq sərbəstqalma bəndini aktivləşdirəcək. Futbolçu ilə artıq müqavilə şərtlərində razılıq əldə olunub.

"Arsenal" baş məşqçi Mikel Artetanın uzun müddətdir tələb etdiyi mərkəz hücumçunu da transfer edəcək. Hazırda klub konkret ad üzərində qərar verməyib. Namizədlər arasında "Leypziq"dən Benyamin Şeşko və "Sportinq"dən Viktor Qyökereş var.

Bundan əlavə, London təmsilçisi "Bornmut"un müdafiəçisi Din Höysenə də maraq göstərir. Lakin ispan futbolçu üçün yalnız İngiltərə klubları ilə deyil, həmçinin "Bavariya" və "Real Madrid"lə də rəqabət aparmaq lazım olacaq.

Məlumata görə, Höysenin müqaviləsində 50 milyon funt sterlinqlik sərbəstqalma maddəsi var və əgər bir neçə klub bu bəndi aktivləşdirsə, seçim futbolçunun ixtiyarında olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru