Uzun müddət yatırsınız, amma gümrah deyilsiniz? - Rusiyalı həkim təhlükə barədə xəbərdarlıq etdi

Dünən, 17:24           
Uzun müddət yatırsınız, amma gümrah deyilsiniz? -
"Gündə 10 saatdan çox yatmaq insult və diabetin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır, eyni zamanda tibbi müdaxilə tələb edən gizli xəstəliklərin həyəcanverici əlaməti ola bilər".

Bu barədə rusiyalı nevroloq Vladimir Martınov "RİA Novosti"yə müsahibəsində danışıb.

Onun sözlərinə görə, həddindən artıq uzun müddət davam edən yuxu ciddi sağlamlıq problemlərinin təkcə nəticəsi deyil, həmçinin səbəbi də ola bilər.

"Uzunmüddətli yuxu hipotireoz, depressiv vəziyyətlər və yuxuda apne sindromunun inkişafından xəbər verə bilər", - deyə Vladimir Martınov qeyd edib.

O vurğulayıb ki, orqanizm adətən yuxunun lazımi davamlılıq müddətini özü tənzimləyir, lakin əgər insan müntəzəm olaraq 10-12 saat yatırsa və buna baxmayaraq, oyandıqdan sonra özünü gümrah və enerjili hiss etmirsə, bu, həkimə müraciət etmək üçün ciddi səbəbdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.