Böyrəkləri sağlam saxlamaq üçün nə yemək lazımdır?

14-09-2024, 07:14           
Böyrəkləri sağlam saxlamaq üçün nə yemək lazımdır?
Həkimlər böyrəklərin sağlamlığını dəstəkləyən məhsulların adlarını açıqlayıblar. Azpost.info bildirir ki, rusiyalı mütəxəssilər böyrək sağlamlığı üçün zəruri olan beş əsas məhsulu sadalayıblar.

Həkimlər xəbərdarlıq edib ki, böyrək funksiyasının zəif olması səbəbindən qan azlığı yarana, ürək və damarların, həzm orqanlarının fəaliyyəti pisləşə, immunitet aşağı düşə bilər.

Böyrəyə qanı və bədəni toksinlərdən təmizləməsinə kömək etmək üçün rasionunuza xiyar, qarabaşaq yarması, dəniz balığı, qaragilə və buğda kəpəyi daxil etməlisiniz.

Həkimlərin açıqlamasında ​​deyilir: “Xiyar 90% sudur, sidik yollarını yuyur, tullantıların və toksinlərin konsentrasiyasını azaldır. Qarabaşaq yarmasının tərkibindəki mürəkkəb karbohidratlar sidik ifrazını təşviq edir”.

Dəniz balıqlarının tərkibində olan Omeqa-3 böyrək toxumasını və ümumiyyətlə böyrək funksiyasını qorumağa kömək edir, qaragilə isə böyrək borularını atrofiyadan qoruyur. B6 vitamini ilə zəngin olan buğda kəpəyi sidik daşı xəstəliyinin qarşısını alır.

Mütəxəssilər hətta sağlam qidalardan da sui-istifadə etməməyə və balanslaşdırılmış pəhrizə riayət etməyə çağırıblar. Onlar həmçinin çoxlu miqdarda duz, konserv, qırmızı ət, şirin və yağlı qidalardan istifadə etməmək barədə xəbərdarlıq ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.