COP29 yerli, regional və qlobal mediada

1-12-2024, 09:04           
COP29 yerli, regional və qlobal mediada
Mediatrends -Media Monitorinq və Təhlil Sisteminin COP29 açar sözü ilə bağlı nəticələrinin qısa xülasəsini təqdim edirəm.
Qeyd : Mediatrends ölkəmizin media sektorunu, həmçinin Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Rusiya və Türkiyənin əsas media resurslarını, eyni zamanda dünyanın əsas xəbər resurslarını da monitorinq edir
1. Mediatrends monitorinq sisteminin alqoritmləri COP29-dan əvvəl, tədbir müddətində və indiyədək yerli, regional və dünya mediasında (xəbər saytları, bloqlar, çap mediasının saytları, sosial media ) COP29-la əlaqəli 106807 materialın verildiyini qeydə alıb.
Mediatrends qlobal və regional medianın məhdud bir hissəsini monitorinq etdiyindən bu statistikanın xeyli çox olduğunu da düşünmək olar.
2. Yalnız tədbir müddətində (11-23 noyabr) Mediatrends monitorinq etdiyi yerli, regional və qlobal media resurslarında COP29-la əlaqəli 50 773 materialın verildiyini qeydə alıb
3. Mediatrends monitorinqinə görə tədbirin keçirildiyi müddətdə yerli mediada (xəbər saytları, bloqlar, çap mediasının saytları, sosial media ) 48 mindən çox xəbər istehsal edilib
4. Yerli sosial mediada COP29-la əlaqəli 10 mindən çox paylaşım edilib. Facebook və Telegram daha aktiv olub
Qeyd : Facebook-un yalnız public resursları monitorinq olunub.
5. Mediatrends-in COP29-la bağlı bəzi media resurslarının xəbər istehsalı ilə bağlı statistikaları :
AzerTac(az)- 6419 nəticə
Report. az(az)- 4650 nəticə
İkisahil. az- 4299 nəticə
Report. az(en)- 3563 nəticə
Report. az(ru)- 3658 nəticə
Trend. az- 3503 nəticə
Caliber. az(ru)- 3123 nəticə və s.
Regional və xarici media resursları:
The Guardian - 76 nəticə
Milliyet.com.tr- 51 nəticə
NewsCentralAsia.net- 46 nəticə
Uza.uz- 43 nəticə
UzDaily.uz- 38 nəticə
Inform.kz-31 nəticə
News.ge- 29 nəticə
Kabar.kg- 29 nəticə
Armenpress.am- 28 nəticə
Lenta.ru- 21 nəticə
Cnn.com- 15 nəticə
Rbc.ru- 13 nəticə
Khovar.tj- 7 nəticə
Newsweek.com- 11 nəticə
GeorgiaToday- 10 nəticə
TengriNewsz.kz- 9 nəticə
NoyanTapan. am - 6 nəticə və s.
P.S. Mediatrends -Media Monitorinq və Təhlil Sisteminin istifadəçiləri olan dövlət və özəl qurumlar sistemin imkanlarından istifadə etməklə daha ətraflı təhlillərlə tanış ola bilərlər.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.