İdmanda uğur qazanmağa mane olan genin adı bəlli oldu

Bu gün, 16:58           
İdmanda uğur qazanmağa mane olan genin adı bəlli oldu
Müasir avropalılar tərəfindən neandertallardan miras qalan AMPD1 geninin variantı əzələ işinin səmərəliliyini azaldır. Bu, Maks Plank Təkamül Antropologiya İnstitutunun alimlərinin gəldiyi nəticədir.

Oxu.Az bildirir ki, müvafiq tədqiqat "Nature Communications" (NatCom) jurnalında dərc olunub.

Alimlər izah ediblər ki, AMPD1 enerji istehsalı və normal əzələ fəaliyyəti üçün lazım olan fermenti kodlayır. Onun aktivliyini azaldan mutasiyalar avropalılarda metabolik miopatiyanın ən çox yayılmış səbəblərindən biridir və əhalinin 9-14%-də baş verir.

Qədim DNT-nin təhlili göstərib ki, bütün neandertalların genomunda AMPD1-in unikal variantı var və bu, ferment aktivliyini 25% azaldır. Bu variant geni dəyişdirilmiş siçanlara tətbiq edildikdə, əzələlərdə ferment aktivliyi 80% azalıb və bu, onların funksiyasını əhəmiyyətli dərəcədə pisləşdirib.

Təəccüblüdür ki, bu variantın əksər daşıyıcıları ciddi sağlamlıq problemləri ilə üzləşmir. Bununla belə, mindən çox elit idmançının genomlarının təhlilinə əsasən, AMPD1 funksiyası olmayan insanların idmanda peşəkar səviyyələrə çatma ehtimalı azdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru