Ukrayna ərazi güzəştlərinə gedə bilər – Makron

Bu gün, 17:48           
Ukrayna ərazi güzəştlərinə gedə bilər – Makron
Ukrayna təhlükəsizlik zəmanətləri əldə etmək naminə bəzi əraziləri güzəştə gedə bilər.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.

“Atəşkəs, müvəqqəti sülh və ya sülh sazişi çərçivəsində bir ölkə müəyyən əraziləri itirdiyini, onların dondurulduğunu qəbul edə bilər”, – Makron qeyd edib.

Fransa prezidenti əlavə edib ki, Kiyev bu əraziləri Rusiyanın suverenliyi altında olan ərazilər kimi tanımır, lakin onların döyüşlər nəticəsində itirildiyi faktını qəbul edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru