18 yaşına çatmayan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb
Bu gün, 16:47
Ötən il 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı məlum olub.
"32gun.az" xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi "Azərbaycanda uşaqlar" məcmuəsində qeyd olunub.
Qeyd olunub ki, 2024-cü ildə 1279 uşaq yetkinlik yaşına çatmayan ana tərəfindən dünyaya gətirilib. Bu say 2023-cü ildə 1742, 2022-ci ildə isə 2011 nəfər təşkil edib.