Göyərçin yemləmək qadağan edildi: Nəcisi ən pis xəstəliklər yaradır

Bu gün, 16:56           
Göyərçin yemləmək qadağan edildi: Nəcisi ən pis xəstəliklər yaradır
Hindistanın Mumbai şəhərində ictimai yerlərdə göyərçin yemləmək məhkəmə qərarı ilə qadağan olunub. Qərar bələdiyyə, sağlamlıq mütəxəssisləri və quşsevərlər arasında ciddi mübahisələrə səbəb olub.

Sherg.az xəbər verir ki, on illərlə fəaliyyət göstərən bəzi “kabutarkhana”ların (göyərçin yemləmə yerləri) bağlanmasına qarşı yüzlərlə insan aksiya keçirib, polisə müqavimət göstərib. Bir neçə nəfər saxlanılıb.

Araşdırmalara görə, göyərçin nəcisi nəfəs yolları xəstəliklərinə, göbələk infeksiyalarına və xroniki ağciyər problemlərinə yol açır. 2000-ci ildən bəri ölkədə göyərçinlərin sayı 150%-dən çox artıb, hər quş ildə təxminən 15 kq nəcis ifraz edir.

Göyərçinlər Hindistanın mədəniyyətində və xüsusilə Jain icmasının dini ənənələrində mühüm yer tutur. Buna görə də qadağa dini çevrələrin etirazına səbəb olub.

Məhkəmə xalq sağlamlığını əsas prioritet elan etsə də, alternativ həll yolları üçün ekspert qrupu yaradıb. PETA India isə gündə yalnız müəyyən saatlarda məhdud yemləmə təklif edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru