"Lloyd's of London": Yeni pandemiya 13,6 trilyon dollarlıq iqtisadi itkilərə səbəb ola bilər

12-12-2024, 10:28           
"Lloyd's of London": Yeni pandemiya 13,6 trilyon dollarlıq iqtisadi itkilərə səbəb ola bilər
Yeni pandemiya qlobal iqtisadiyyata beş il ərzində 13,6 trilyon ABŞ dolları məbləğində zərər vura bilər.
"Reuters" xəbər verir ki, bu proqnozu Britaniyanın sığorta bazarı "Lloyd"s of London" təqdim edib.

Hesabatda qeyd olunur ki, itkilərin əsas səbəbi yerli lokdaunlar və qlobal səyahət məhdudiyyətləri nəticəsində sənaye sahələrinin fəaliyyətinin pozulması olacaq.

"Lloyd"s" və Kembric Risk Tədqiqatları Mərkəzinin təhlilinə görə, ən ağır ssenaridə itkilər 41,7 trilyon ABŞ dollarına çata bilər, bu isə qlobal ÜDM-in 1,1-6,4 % azalması ilə nəticələnəcək. Ən yüngül ssenaridə itkilər 7,3 trilyon ABŞ dolları təşkil edəcək.

Hesabatda vurğulanır ki, COVID-19 pandemiyası və onun nəticəsində tətbiq edilən lokdaunlar qlobal miqyasda ciddi pozuntulara səbəb olub və bu təsirlər inflyasiya təzyiqlərində hələ də hiss edilir. Bu vəziyyət, həmçinin biznes itkilərinin sığorta təminatına daxil olub-olmadığı barədə hüquqi mübahisələrə yol açıb.

"Lloyd"s" COVID-19 pandemiyasının iqtisadi dəyərini açıqlamasa da, sığorta sənayesinin yeni yoluxucu xəstəliklər, pandemiya səbəbindən tədbirlərin ləğvi, eləcə də peyvəndlərin hazırlanması, saxlanması və daşınması üçün xüsusi təminat mexanizmləri hazırladığını bildirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.