Tısbağa onlarla insanın ölümünə və xəstəliyinə səbəb olub
Bu gün, 09:58
Filippində dəniz tısbağası 3 nəfərin ölümünə və onlarla insan xəstəxanalıq olmasına səbəb olub. Bu barədə İndependent yazıb.
Belə ki, sahilyanı Datu Bla Sinsuat qəsəbəsində yaşayan yerli icmadan olan balıqçı dəniz tısbağasını tutaraq onu bişirib. Qonşular bunu yedikdən sönra özlərini olduqca pis hiss ediblər. Nəticədə 32 nəfər xəstəxanaya yerləşdirilib. Həkimlər üç nəfərin həyatını xilas edə bilməyib.Rəsmilər tısbağanın zəhərli yosunlar yediyi üçün bu nəticə olduğu qənaətinə gəliblər. Qeyd edək ki, oxşar hadisə 2013-cü ildə Filippində baş verib. Daha sonra tısbağa əti yedikdən sonra 4 nəfər ölüb, 68 nəfər isə ağır zəhərlənib.Sürünənlər uzunömürlülükləri ilə tanınırlar. Heyvanın ömrünün müəyyən edilməsi onların ölçülərinin nəzərə alınmasını tələb edir. Kiçik heyvanlar daha qısa ömür sürməyə meyllidirlər. Çünki onlar daha yüksək metabolizmə malikdirlər, yəni daha çox enerji yandırırlar. Nəticədə daha tez qocalırlar. Ancaq hətta təxminən eyni ölçülü digər heyvanlarla müqayisədə sürünənlər daha uzun yaşayırlar.