Avtomobilin salonunu tez bir zamanda qızdırmağın altı üsulu açıqlanıb

2-01-2025, 16:26           
Avtomobilin salonunu tez bir zamanda qızdırmağın altı üsulu açıqlanıb
Avtomobilin salonunu tez qızdırmağın altı üsulu var.

Bu barədə "Za Rulyom" jurnalı xəbər verir.

Rusiyalı avtomobil eksperti Aleksey Revin bildirib ki, havanın temperaturu və küləyin sürəti mühərrikin istiləşmə sürətinə təsir göstərir.

"Yeraltı istilik magistralının həyətdən necə keçdiyini bilsəniz, maşını onun üstündə saxlaya bilərsiniz. Sonra mühərrik və salon daha tez istiləşəcək. Bundan əlavə, sürət nə qədər yüksək olarsa, mühərrik və salon bir o qədər tez istiləşir. Bunun üçün boş rejimdə olarkən qaz pedalına bir az basa bilərsiniz", - deyə Revin bildirib.

"Əlavə istilik sistemlərinin - avtonom qızdırıcıların olması da salonu və mühərriki tez bir zamanda istiləşdirməyə kömək edəcək.

Avtomobilin soyumasının qarşısını almağın başqa bir yolu isə mühərriki, ümumiyyətlə, söndürməmək və ya mühərrikin avtomatik işə salma sistemindən istifadə etməkdir. O soyuduqca mühərriki işə salacaq", - deyə ekspert vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.