Diqqət! – Yeni dələduzluq növü: sifariş gözləyən hər bir vətəndaş… – VİDEO

24-01-2025, 12:12           
Diqqət! – Yeni dələduzluq növü: sifariş gözləyən hər bir vətəndaş… – VİDEO
Çatdırılma şirkətləri adından vətəndaşlara saxta mesajlar göndərilir.

TEREF Xəzər TV-yə istinadən bildirir ki, son zamanlar bu kimi dələduzluq halları artıb.

Daşınma şirkətlərindən birindən “Xəzər Xəbər”ə bildirildi ki, vətəndaşa hər hansı şübhəli mesaj göndərilərsə, həmin şəxs sifarişi etdiyi mərkəz ilə əlaqə saxlamalıdır. Çatdırılma şirkətlərindən isə o da qeyd edildi ki, onlayn ödənişlər yalnız sifarişin yaradılması zamanı həyata keçirilir.

Saxta mesajlarda göndərilən linkə daxil olduqda isə vətəndaşların məlumatları ələ keçirilir.

Daxili İşlər Nazirliyi bununla bağlı xəbərdarlıq edib. Qeyd edilib ki, sifariş gözləyən hər bir vətəndaş diqqətli olmalıdır.

TEREF mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru