1990-cı ildən bəri Çinin yarısına bərabər meşə sahəsi məhv edilib

22-03-2025, 16:44           
1990-cı ildən bəri Çinin yarısına bərabər meşə sahəsi məhv edilib
Dünyada 1990-cı ildən bəri təqribən 420 milyon hektar meşə sahəsi məhv olub, bu da Çin ərazisinin yarısına bərabərdir.

TASS xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Rusiyadakı nümayəndəliyinin rəhbəri Vladimir Moşkalo deyib.

Onun sözlərinə görə, 2015-ci ildən 2020-ci ilə qədər meşələrin qırılma tempi ildə təqribən 10 milyon hektar təşkil edib:

"Bu, təxminən Portuqaliyanın ərazisinə bərabərdir. Hər il dünyada kənd təsərrüfatı məqsədləri də daxil olmaqla, təqribən 25 milyon hektar meşələr qırılır və ya yandırılır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru