Bu kənddəki ermənilər Azərbaycan türkcəsini ana dili hesab edir... - AĞLASIĞMAZ

Dünən, 00:06           
Bu kənddəki ermənilər Azərbaycan türkcəsini ana dili hesab edir... - AĞLASIĞMAZ
Bu kənddəki ermənilər Azərbaycan türkcəsini ana dili hesab edir...
“Onların mənşəyi ilə bağlı üç ehtimal irəli sürə bilərik...”

“Edissiya ermənilərinin toy adətləri azərbaycanlıların toy adətlərinə bənzəyir. Onlar yengəyə “yengə”, soldişə isə “solduş” deyirlər. Edissiya türkcəsi “soldiş” sözünün mənasını fərqli - “diş” deyil, “duş” (can) kimi göstərir...”

Moderator.az Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin “Edissiya erməniləri...” başlıqlı növbəti maraqlı araşdırma yazısını təqdim edir:

Rusiyanın Stavropol diyarının Kursk rayonundakı Kür çayının sahilində yerləşən Edissiya kəndini 1799-cu ildə Dərbənd şəhərinin ətrafından gəlmiş ermənilər salıblar. Kəndin əvvəlki adı Dərbənd olub. Bu gün Edissiyada 5377 erməni yaşayır.

Edissiya ermənilərini digər ermənilərdən fərqləndirən əsas cəhət onların dilidir. Bu kəndin əhalisi Azərbaycancaya çox yaxın bir dildə danışır. Edissiyalılar həmin dili “bizımça” (bizimki, bizim dil) adlandırırlar. Amma buna baxmayaraq, onlar özlərini erməni hesab edirlər.

Bu fakt onu göstərir ki, keçmişdə milləti formalaşdırmış əsas amil dil deyil, din, etiqad, inanc sistemi, əqidə olmuşdur.

Edissiya ermənilərinin toy adətləri azərbaycanlıların toy adətlərinə bənzəyir. Onlar yengəyə “yengə”, soldişə isə “solduş” deyirlər. Edissiya türkcəsi “soldiş” sözünün mənasını fərqli - “diş” deyil, “duş” (can) kimi göstərir. Keçmişdə toydan sonra gəlin mütləq qayınatasının və ya ərinin babasının ayaqlarını yumalı idi.

Edissiya türkcəsində toy zamanı stola, süfrəyə qulluq edən (ofisiant) “ayaxçı” (ayaq üstə qalan) adlanır.

Edissiya ermənilərinin mənşəyi ilə bağlı üç ehtimal irəli sürə bilərik:

-Onlar Dəşti-Qıpçaqdan Dərbəndə köçmüş və zamanla qriqorianlığı qəbul etmiş türklərdir.

-Edissiyalılar Dərbənddəki müqəddəs Cərcis məzarına xidmət ermiş albanların törəmələridir.

-Bu ermənilər sonradan hansısa səbəbə görə türk dilində danışmağa başlamış haylardır. Ən zəif ehtimal budur.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.