Alimlər toyuq ətində təhlükəli bakteriya aşkarladı

Dünən, 17:14           
Alimlər toyuq ətində təhlükəli bakteriya aşkarladı
Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları Banqladeşdə toyuq ətinin tərkibində “Escherichia albertii” bakteriyasının yüksək konsentrasiyasını aşkarlayıb. Sözügedən bakteriya az tanınmağına baxmayaraq bağırsaq çöpünün potensial təhlükəli yaxın “qohumudur”.
Araşdırma ilə bağlı məqalə “International Journal of Food Microbiology” dərgisində çap olunub.

Aşkarlanan patogen mədə-bağırsaq xəstəliklərinə yol açır və anti-biotiklərə yüksək dayanıqlılıq nümayiş etdirir ki, bu onların müalicəsini xeyli zəiflətmiş olur.

“E. Albertii” ilk dəfə Banqaldeşdə 2003-cü ildə üzə çıxıb. Həmin vaxtdan bəri sözügedən bakteriya Cənub-Şərqi Asiyada o cümlədən Yaponiyada kütləvi qida zəhərlənmələrinə səbəb olub.

Bununla belə, bu bakteriya hələ də yetərincə öyrənilməyib və tez-tez digər mikroorqanizmlərlə səhv salınaraq yanlış təsnif edilir.

Qeyd edək ki, araşdırma üçün tədqiqatçılar Banqladeşin dörd bölgəsində yerləşən 17 ticarət obyektində toyuq ətindən, daxili orqanlardan, kloakadan götürülmüş yaxmalardan, işçi heyətin əlindən və toyuq emalı avadanlıqlarından nümunələr toplayaraq analiz aparıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.