Roma Papası postuna bu kardinallar namizəddirlər

Bu gün, 12:14           
Roma Papası postuna bu kardinallar namizəddirlər
Hazırda Roma Papası postu uğrunda dörd kardinal mübarizə aparır.

Demokrat.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Mail” qəzeti yazır.

Nəşrin məlumatına görə, namizədlərdən biri Filippinin paytaxtı Manilanın arxiyepiskopu Luis Antonio Taqledir. Jurnalistlər qeyd edirdilər ki, o, seçilərsə, Katolik Kilsəsinin tarixində ilk Asiya əsilli pontifik, həm də ən liberal papa ola bilər.

Qəzet əlavə edib ki, Papa postuna Müqəddəs Taxt-Tacın dövlət katibi Pietro Parolin də baxılır. Məqalə müəllifləri vurğulayırlar ki, o, dəfələrlə beynəlxalq münaqişələrin həllində iştirak edib və buna görə Vatikanın misilsiz diplomatı kimi şöhrət qazanıb.

Bundan əlavə, Esterqon-Budapeşt arxiyepiskopu Peter Erdo Papa Fransiskin varisi ola bilər. Jurnalistlər qeyd ediblər ki, 1956-cı ildə Sovet qoşunları Budapeştdə qiyamın yatırılması zamanı onun ailəsi Macarıstanı tərk edib. Erdo seçilərsə, keçmiş sosialist bloku ölkəsindən ikinci papa olacaq.

Müəllifin sözlərinə görə, pontifik vəzifəsinə dördüncü namizəd Keyp Sahilinin keçmiş yepiskopu və Cənubi Sudandakı sülh elçisi Peter Turksondur. Jurnalistlər qeyd ediblər ki, o, tarixdə ilk qara Papa ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.