Wi-Fi-dəki təhlükə - Bu funksiyanı deaktiv edin, yoxsa...

Bu gün, 15:44           
Wi-Fi-dəki təhlükə -
Wi-Fi-dəki WPS funskiyası məlumatların ələ keçirilməsi baxımından təhlükəlidir.

Milli.az xarici mətbuata istinadla xəbər verir ki, Wi-Fi şəbəkələrinə şifrə daxil etmədən qoşulmağa imkan verən WPS funksiyası düzgün idarə olunmadıqda təhlükəsizlik riski yaradır.

Mütəxəssislər bu funksiyadan istifadə edilmədikdə onu deaktiv etməyi tövsiyə edir. Əks halda şəxsi məlumatlarınız və bank hesablarınız ələ keçə bilər.

WPS düyməsi adətən modem üzərində yerləşir və üzərində "WPS" yazılır. Bu düyməyə basıldıqda LED işıqlar yanıb-sönür və WPS aktiv olur. Təhlükəsizliyi təmin etmək üçün ya bu düyməyə yenidən basaraq funksiyanı söndürmək, ya da modem ayarlarından tamamilə bağlamaq lazımdır.

WPS (Wi-Fi Protected Setup) - Wi-Fi şəbəkəsinə şifrə yazmadan, bir düyməyə basmaqla qoşulma üsuludur.

Məsələn, evdə yeni bir telefon və ya televizor Wi-Fi-yə qoşulmaq istəyir. Normalda şifrə yazırsan. Amma WPS aktivdirsə, sadəcə modemin üzərindəki WPS düyməsinə basırsan və cihaz avtomatik internetə qoşulur - şifrə yazmadan.

Hakerlər bu sistemin zəif cəhətindən istifadə edib şəbəkəyə daxil ola bilirlər.

Yəni WPS - rahat qoşulma üsuludur, amma təhlükəlidir. Ona görə də istifadə etmirsənsə, modemin ayarlarından bu funksiyanı bağlamaq yaxşıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.