Cəngəlliklərdə nasist izi: Argentinada Hitlerin gizli bunkeri aşkar edildi

Bu gün, 17:08           
Cəngəlliklərdə nasist izi: Argentinada Hitlerin gizli bunkeri aşkar edildi
"Nasist Almaniyasının rəhbəri Adolf Hitlerin 1945-ci ildə ölümünün səhnələşdirilməsinə dair təkzibedilməz sübutlar var".

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 21 illik təcrübəyə malik keçmiş agenti Bob Bayer bəyan edib.

72 yaşlı keçmiş casusun sözlərinə görə, nasist diktator əslində Argentinaya qaçıb, orada onun ardıcılları Üçüncü Reyxi dirçəltməyə çalışıblar.

O iddia edib ki, yaxın zamanda Argentinadan Hitlerlə Cənubi Amerika hökuməti arasındakı sıx əlaqələri açıqlayan məxfi sənədlər əldə edə bilər. Bayer Argentina hakimiyyətinin uzun illər bu məlumatı gizlətdiyinə əmindir.

Keçmiş MKİ agenti, həmçinin Argentina hökumətinin Misyones əyalətində gizli nasist sığınacağının tikilməsində mümkün iştirakına işarə edən "kağız və pul izi"nə diqqət çəkib. Su və elektrik təchizatı ilə təmin edilmiş bu sirli kompleks 2015-ci ildə arxeoloqlar tərəfindən ucqar cəngəlliklərdə aşkar edilib.

Bundan əlavə, keçmiş casus hesab edir ki, 1950-ci illərdə Argentina prezidenti Xuan Peron uzaq bir adada alman nasist aliminin rəhbərlik etdiyi gizli nüvə sintezi laboratoriyasının təşkilinə kömək edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.