Ətir və parfümeriya məhsulları sağlamlığımıza nə dərəcədə təsir edir?
Bu gün, 08:34

Pərakəndə halda satılan ətir və parfümeriya məhsulları sağlamlığımıza nə dərəcədə təsir edir? Həddindən artıq belə məhsulların satışına rast gəlirik. Satılan ucuz ətriyyatlar keyfiyyətlidirmi?
Mövzuyla bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Referans-a açıqlamasında bildirib ki, ümumiyyətlə mənşəyi bilinməyən məhsulların satışı ciddi şəkildə nəzarətə götürülməlidir. Çünki bazar qiymətlərindən ucuz təklif olunmaları onların keyfiyyətində çox mühüm şübhə yaradır. Məhz bu şübhə və onların keyfiyyəti istehlakçıların sağlamlığı üçün mühüm təhlükə yarada bilən amillərdir.
Vüqar Orucun qənaətinə görə, belə məhsulların bazar dəyərindən ucuz təklif olunması onu göstərir ki, həmin istehsal olunan məhsullar qeyri-qanuni metodlarla hazırlanır və mənşəyi bəlli deyil. Bunun üçün də onların istehsalında istifadə olunan komponentlərin özü belə olduqca şübhəlidir. Həmçinin də bunlar sağlamlıq üçün test edilməmiş, yoxlanılmamış komponentlərdir. Yəni bir istehlak məhsulu bir başa istifadə zamanı insanın dərisi ilə kontakta girirsə və çox ciddi dəri fəsadları yaratmaq ehtimalı varsa bunlardan imtina etmək və çox ciddi nəzarət etmək lazımdır. Azərbaycanın dövlət qurumları hansı ki, istehlak hüquqlarını qorumaq istiqamətində addım atmağa borcludurlar və bucür məhsulların bazardan yığışdırılması, onların keyfiyyətinin müəyyən olunması cavabdeh olub addımlar atmalıdırlar.
Həmçinin Vüqar Oruc hesab edir ki, ictimai rəydə eyni qaydada ayrı-ayrı təşkilatlar bu məsələyə ciddi yanaşmalıdırlar. Çünki parfümeriya və ətir məhsulları hal-hazırda ciddi şəkildə bazarda təklif olunan məhsullardır. Buna görə də mütləq həmin məhsulların keyfiyyət sertifikatı təqdim olunmalıdır. Keyfiyyət sertifikatı əldə etməyən məhsullar və yaxudda mənşəyi bilinməyən məhsullar, hansı onların bir çoxu böyük yoxlamalar aparılarsa hardan alındığı barədə sənədləri yerində olmadığı üzə çıxacaq. Onlar bu halda ictimai istehlaka təqdim olunmamalıdır.
"Düşünürəm ki, bu istiqamətdə ciddi addımlar atılmalıdır. Həm istehsalçılar həm də xaricdən gətirilən məhsulların distrübyuterlərindən müvafiq sənədlər tələb olunmalıdır. Həmin məhsulların sağlamlıq üçün təhlükəsiz olduğu müəyyən edilməsi üçün bu vacibdir",-deyə Vüqar Oruc əlavə edib.
Ləman Xalıqova
Referans