Geomaqnit qasırğaları: Risk zonasında olanlar və qorunmağın yolları

23-04-2025, 08:52           
Geomaqnit qasırğaları: Risk zonasında olanlar və qorunmağın yolları
"Geomaqnit qasırğaları ürək-damar və sinir sistemi xəstəlikləri olan insanlar üçün təhlükəlidir".

News.ru-nun verdiyi məlumata görə, bu barədə rusiyalı terapevt Anastasiya Lozikova xəbərdarlıq edib.

Onun sözlərinə görə, Günəşdə partlayışlar zamanı həssas əhali qrupları ciddi sağlamlıq problemləri yaşaya bilərlər.

"Başağrıları, arterial təzyiqin dəyişməsi, yuxu pozğunluqları - bunlar maqnit fırtınaları zamanı insanlarda yarana biləcək simptomlardan yalnız bir neçəsidir. Xüsusilə hipertoniya, hipotoniya, aritmiya, miqren və xroniki başağrıları olan xəstələr belə dövrləri çətin keçirirlər. Ayaqlarda zəiflik, yorğunluq, yuxululuq və ya yuxusuzluq, diqqət və yaddaşın pisləşməsi - bütün bunlar Günəş partlayışlarının insan orqanizminə təsirindən xəbər verə bilər", - deyə Lozikova izah edib.

Həkim vurğulayıb ki, yaşlı insanlar risk qrupundadırlar, çünki yaş artdıqca damar sistemi Yerin maqnit fonundakı dəyişikliklərə daha həssas olur.

Bundan əlavə, hamilə qadınlar da geomaqnit həyəcanları dövründə diqqətli olmalıdırlar.

Anastasiya Lozikova həssas əhali kateqoriyalarına geomaqnit aktivlik proqnozlarını izləməyi və həddindən artıq yüklənmədən qaçaraq, orqanizmə istirahət verməyi tövsiyə edib.

O, daha çox su içməyi, qəhvə və alkoqol qəbulunu məhdudlaşdırmağı, təmiz havada daha çox vaxt keçirməyi, kölgədə gəzməyi və xüsusilə axşam saatlarında ekranlarla iş vaxtını azaltmağı məsləhət görüb.

"Geomaqnit qasırğalarının aktivlik piki aprelin 24-nə gözlənilir. Vəziyyət yalnız aprelin 29-na qədər tam sakitləşəcək", - deyə terapevt yekunlaşdırıb.

Bu dövrdə arterial təzyiqə nəzarət etmək və lazım gəldikdə müalicə həkimi ilə məsləhətləşdikdən sonra dərman dozasını tənzimləmək xüsusilə vacibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru