Nəslinin kəsildiyi elan edilən quş 40 ildən sonra ilk dəfə vəhşi təbiətdə yumurta qoydu
Bu gün, 10:12
Havay adalarında yerləşən Palmira atollundakı (mərcan adası və ya arxipelaq - red.) qoruqda əlamətdar hadisə baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "People" nəşri yazıb.
Məlumata görə, nəsli kəsilmiş hesab edilən sixek adlı nadir quş təxminən 40 ildən sonra ilk dəfə vəhşi təbiətdə yumurta qoyub.
Sixek, 1980-ci illərdə invaziv qəhvəyi ağac ilanlarının çoxalması səbəbindən Quam adasından yoxa çıxıb. Sonuncu vəhşi nümunə 1988-ci ildə müşahidə olunub. Növü tamamilə məhv olmaqdan xilas etmək üçün bioloqlar 29 quşun genofondunu qorumaqla yetişdirmə proqramına başlayıblar.
2024-cü ilin sentyabrında zooparkların və təbiətin mühafizəsi üzrə mütəxəssislərin, o cümlədən Londonun nüfuzlu Zooloji Cəmiyyətinin birgə səyləri nəticəsində doqquz gənc sixek - dörd dişi və beş erkək - Palmira atolundakı qoruğa buraxılıb. Sərbəst buraxıldıqdan sonra doqquz quşdan səkkizi uğurla cütləşib və yuva qurub. Üç cüt yumurta qoyub və bu da bərpa proqramında iştirak edən hər kəs üçün əlamətdar hadisə olub.
Bu quş parlaq tükləri, güclü dimdiyi və qorxmaz xarakteri ilə seçilir.