“BakuDent” klinakası icazəsiz fəaliyyət göstərib

24-04-2025, 16:37           
“BakuDent” klinakası icazəsiz fəaliyyət göstərib
Səhiyyə Nazirliyi “BakuDent” Stomotoloji (Diş) Klinikasında plandankənar (növbədənkənar) yoxlama aparıb.

TEREF Qaynarinfo-ya istinadla xəbər verir ki, yoxlama nazirlik yanında Analitik Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilib.

“BakuDent” MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət ilə məşğul olumnması faktı aşkarlanıb.

Klinikada lisenziyaya dair görülən işlərin tibbi qeydiyyat sənədləri mövcud olmadığı, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formalar və qaydalar ilə tibbi qeydiyyat sənədləri icra olunmadığı məlum olub. Bundan əlvə “BakuDent”də lisenziyadan kənar cərrahi stomatologiya işlərinin aparılmasına dair faktlar öz təsdiqini tapıb.

Məhkəmənin qərarı ilə klinika rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 6.000 manat məbləğində cərimə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru