ABŞ tarixinin ən böyük iflası: Dünyanın ən məşhur "Lehman Brothers" bankı 1 gecədə necə batdı? VİDEO

28-04-2025, 15:44           
ABŞ tarixinin ən böyük iflası:
2008-ci ildə ABŞ-nin ən böyük investisiya banklarından biri olan "Lehman Brothers"in iflası ilə başlayan maliyyə böhranı bankların məsuliyyətsiz kredit siyasəti nəticəsində dünyanı iqtisadi fəlakətə sürüklədi.

İnsanlar gördülər ki, banklara və hökumətlərə tam etibar etmək təhlükəlidir, çünki onların əmanətləri və sərvətləri ciddi risk altındadır.

Elə bu zaman Satoşi Nakamoto adlı naməlum bir şəxs və ya qrup 2008-ci ildə "Bitcoin" konsepsiyasını irəli sürdü. "Bitcoin" banklar kimi mərkəzləşdirilmiş vasitəçilərə ehtiyac olmadan, insanlara sərvətlərinə birbaşa nəzarət imkanı verən blokçeyn texnologiyasına əsaslanırdı.

"Bitcoin"in məhdud sayda (cəmi 21 milyon) buraxılması onun inflyasiyaya qarşı dayanıqlı olmasını təmin edirdi. Nakamotonun kimliyi naməlum qalsa da, "Bitcoin" ideyası bütün dünyada insanların pul və maliyyə sisteminə münasibətini dəyişdirdi.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru