"Qisas almaq üçün əvvəldən planlaşdırmışdı" - Kişinin cinsi orqanının kəsildiyi hadisənin TƏFƏRRÜATI VİDEO

Bu gün, 09:28           
"Qisas almaq üçün əvvəldən planlaşdırmışdı" -
Xaçmaz rayonunun Fərzəlioba kəndində dəhşətli hadisə baş verib.

42 yaşlı kişi həmkəndlisi, 31 yaşlı Səbuhi Mahmudov tərəfindən bıçaqlanıb. Hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

Zərərçəkənin qardaşının verdiyi məlumata görə, həyat yoldaşı ona zəng edərək təcili evə gəlməsini istəyib:

"Qardaşımın yoldaşı zəng edərək dedi ki, tez gəl, Səbuhi Mübarizi bıçaqlayıb. Gəlinin dediyinə görə, qardaşıma 9 bıçaq xəsarəti yetirilib. Onların arasında əvvəldən ədavət olub, pul üstündə mübahisələri vardı. Mübariz onu söyüb, aralarında dava düşüb. Səbuhi də qisas almaq üçün bunu əvvəlcədən planlaşdırıb".

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 15 may 2025-ci il tarixində bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən, 1983-cü il təvəllüdlü kişi Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub:

"Ona xarici cinsiyyət üzvünün tam kəsilməsi diaqnozu qoyulub. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir".

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.