YouTube milyonlarla iPhone-da işləməyi dayandırdı

4-06-2025, 16:34           
YouTube milyonlarla iPhone-da işləməyi dayandırdı
Populyar video platforması "YouTube" iOS üçün mobil tətbiqini yeniləyərək 20.22.1 versiyasını istifadəyə verib.
Bu versiyanın qurulması və düzgün işləməsi üçün artıq iOS 16 və ya ondan daha yeni əməliyyat sistemi tələb olunur.

Bu barədə "MacRumors" məlumat yayıb.

Bu dəyişiklik bir sıra köhnəlmiş iPhone modelləri üçün rəsmi dəstəyin dayandırılması ilə nəticələnib.

Xüsusilə, iOS 16-ya yenilənə bilməyən cihazlar dəstək siyahısından çıxarılıb. Bu cihazlara "iPhone 6s", "iPhone 6s Plus", "iPhone 7", "iPhone 7 Plus" və birinci nəsil "iPhone SE" daxildir. Həmçinin yedinci nəsil "iPod touch" cihazında da tətbiq artıq işləməyəcək.

Eyni dəyişikliklər YouTube-un iPad versiyasına da aiddir. Tətbiqin işləməsi üçün artıq iPadOS 16 və ya daha yenisi tələb olunur. Bu isə iPad Air 2 və iPad mini 4 modelləri üçün dəstəyin dayandırılması deməkdir.

Sadalanan cihazlara sahib olan istifadəçilər hələ də YouTube məzmununa mobil brauzer vasitəsilə daxil ola bilərlər.

"DemandSage" şirkətinin məlumatına görə, 2025-ci ildə dünyada 1,38 milyarddan çox iPhone istifadəçisi olub. "Telemetry DECK" platformasının statistikasına əsasən, iOS 15 və daha köhnə əməliyyat sistemlərindən istifadə edənlərin payı təxminən 1 faiz təşkil edir. Bu isə o deməkdir ki, təxminən 13,8 milyon köhnə iPhone-da "YouTube" tətbiqi işləməyi dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru