Orxan Zeynalov: “Azərbaycanda hidrogen istehsalına 2035-ci ildən başlanacaq”

4-06-2025, 16:44           
Orxan Zeynalov: “Azərbaycanda hidrogen istehsalına 2035-ci ildən başlanacaq”
Azərbaycanda hidrogen istehsalına 2035-ci ildən etibarən başlanılacaq.

Bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Yaşıl enerji – Xəzər regionunda potensialının reallaşdırılması” panel müzakirəsində bildirib.

Nazir müavini qeyd edib ki, son illərdə Azərbaycan “yaşıl enerji”yə keçidlə bağlı mühüm sərmayələr yatırır: “Hazırda regionda dörd qarşılıqlı əlaqə layihəsinə start vermişik. Bu layihələr Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarının müxtəlif hissələrini birləşdirərək Avropaya qədər uzanacaq. Xəzər–Qara dəniz–Avropa enerji dəhlizi üzrə texniki-iqtisadi əsaslandırma artıq yekun mərhələdədir”.

Onun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi baxımından böyük bərpaolunan enerji potensialı mövcuddur:
“Bu sahədə beş potensial zonaya sərmayə yatırırıq. Layihələrdə dünyanın müxtəlif enerji şirkətləri iştirak edir. 2030-cu ilə qədər 6 giqavatdan çox “yaşıl enerji”nin istismara verilməsi, bunun 4 giqavatının isə ixrac olunması planlaşdırılır. “Yaşıl enerji”nin ixracı mərhələli yanaşma əsasında Xəzər-Qara dəniz-Avropa dəhlizi vasitəsilə həyata keçiriləcək. Növbəti mərhələdə isə, 2035-ci ildən başlayaraq hidrogen istehsalına start veriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru