Qərbi Azərbaycan Xronikası: "Prototürklər Qafqazda əsas tayfalar olmuşdular"

Dünən, 12:37           
Qərbi Azərbaycan Xronikası:
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Rus canişini türk adını qadağan etdi" adlı veriliş hazırlanıb.

Verilişdə tarix elmləri doktoru, professor Abbas Seyidov Rusiyanın tatarlaşdırmaq siyasətinin mahiyyətindən danışıb.

O bildirib ki, Azərbaycan xalqının etnogenezində əsas yeri türklər tutur. Rus canişini türk adını qadağan edib, tatarlaşdırmaq siyasəti aparıb. Prototürklər Qafqazda əsas tayfalar olmuşdular. Qafqaz xalqları buraya köçmədir. Türklər Qafqaza 12-əsrdə gəlibsə, burada 5-ci əsrdə Dədə Qorqud dastanını necə yaradıblar?

Onun sözlərinə görə, ərəblər buraya gələndə artıq Azərbaycan xalqı formalaşmışdı: "Orta Tunc dövründə türklər Qafqazdan şimal ərazilərə köç ediblər. Erkən Tunc dövründə Qafqazda yaşayan türklər, son Tunc dövründə geri qayıtdılar".

A.Seyidov deyib ki, tapılan boyalı qablar böyük türk tarixinin əsas elementidir: "Kür-Araz mədəniyyətinin əsas izlərini türklər Qərbi Azərbaycanda, Naxçıvanda yaradıblar. Türklər zaman-zaman ata yurdları Qafqaza geri qayıdırdılar".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.