Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür VİDEO

5-06-2025, 16:37           
Fizika qanunlarına meydan oxuyan top:
Alimlər fizika qanunlarına meydan oxuyan təcrübə nümayiş etdiriblər: onlar 90 dərəcəlik şaquli səthdə sürüşməyən, yalnız yuvarlanan top yaradıblar.

Araşdırmanın nəticələri "Soft Matter" jurnalında yayımlanıb.

Qeyd olunub ki, alimlər noxud böyüklüyündə yumşaq polimer top hazırlayıb. O, nə sürüşür, nə də qravitasiyanın təsirindən yerə düşür - sadəcə şaquli səth boyunca çox yavaş, saniyədə 0.5 mm sürətlə yuvarlanır.

Əvvəlcə bu qeyri-mümkün görünsə də, mütəxəssislər mükəmməl elastiklik və səthə təmas balansı yaradaraq bunu bacarıblar.

Alimlər bildirirlər ki, bu mexanizm gələcəkdə şaquli hərəkət edən yumşaq robotlar üçün əsas ola bilər. Belə texnologiya boruların içini araşdırmaq, dar mağaralara daxil olmaq və hətta Ay və Mars səthində çətin əraziləri öyrənmək üçün istifadə edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru