Yayda sürücülərin yanacaqla bağlı bilməli olduğu üç əsas FAKTOR

Dünən, 15:27           
Yayda sürücülərin yanacaqla bağlı bilməli olduğu üç əsas FAKTOR
Yay aylarında avtomobilin yanacağa olan "iştahı" artaraq sürücülərin büdcəsinə ciddi təsir göstərə bilər. Mütəxəssislər bu artımın əsasən üç mühüm səbəbdən qaynaqlandığını bildirirlər: mühərrik yağının vəziyyəti, inyektorların işi və sürücülük tərzi.

Gazeta.ru- nun verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil eksperti Andrey Subbotin danışıb.

Onun sözlərinə görə, yalnız təmiz mühərrik yağı detalları keyfiyyətli şəkildə yağlayaraq sürtünməni azaldır.

"Müasir yağlarda mühərriki qoruyan xüsusi təmizləyici qatqılar var. Çöküntü nə qədər çox olarsa, yanacaq sərfi də bir o qədər artır. Bu səbəbdən hər 7 min kilometrdən bir mühərrik yağının dəyişdirilməsi tövsiyə olunur".

Mütəxəssis bildirib ki, ikinci əsas səbəb inyektorların vəziyyəti ilə bağlıdır.

"Az sayda sürücü inyektorların təmizlənməsinə ciddi yanaşır. Halbuki bu qurğuların əsas funksiyası yanacağın silindrə dəqiq ötürülməsidir. Avtomobil köhnəldikcə və yaxşı qulluq olunmadıqda inyektorların tıxanması ehtimalı artır. Bu da birbaşa olaraq yanacaq sərfinə təsir edir. Buna görə də inyektorların vaxtında təmizlənməsi mühüm texniki tələblərdən biridir. Yanacaq sərfini normallaşdırmaq üçün hava və yanacaq filtrlərinin də mütəmadi dəyişdirilməsi tövsiyə olunur. Bu detallar sərfiyyat hissələridir və onların vaxtında dəyişdirilməsi avtomobilin texniki baxımının vacib hissəsidir", - deyə o bildirib.

Ekspert üçüncü əsas amil kimi sürücünün sürmə tərzini göstərib.

"Yay aylarında aqressiv sürücülük - kəskin manevrlər və qəfil dayanmalar yanacaq sərfini artırır. Qənaətli sürmək istəyənlərə həm şəhərdaxili, həm də magistral yollarda icazə verilən sürət rejiminə əməl etmələri tövsiyə olunur", - deyə Subbotin sözlərini yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.