Qatıq həzm sisteminin dostudur

12-06-2025, 12:08           
Qatıq həzm sisteminin dostudur
Qatığın bağırsaqlara necə təsir etdiyi mütəxəssislər arasında daim müzakirə mövzusudur. Foodinfo.az bildirir ki, qatıqda olan probiotik bakteriayalar bağırsaq mikroflorasını balanslaşdırır və həzm sistemini dəstəkləyir.Prof. Ivan Lebedev Kommersant.ru-ya verdiyi açıqlamada deyib ki, qatığın tərkibindəki canlı probiotiklər mədə-bağırsaqda faydalı bakteriyaların sayını artırır və disbakteriozu azaldır. O vurğulayıb ki, bu, immun funksiyasını gücləndirə bilər.Lebedev əlavə edib ki, qatıq həzmatda fermentasiya prosesini yaxşılaşdıraraq qaz və şişkinliyi azaldır. Mütəxəssis bu qidanı gündə bir porsiya – kiçik stəkan olaraq qəbul etməyi tövsiyə edir. Onun sözlərinə görə, qatıq sümüklərin sağlamlığı üçün kalsium və D vitamini ilə də zəngindir. O qeyd edib ki, xüsusən antibiotik qəbul edən şəxslər üçün qatıq faydalıdır. Həmçinin, qatıq immun sistemini gücləndirərək allergik reaksiyaları yüngülləşdirə bilər. Qeyd olunur ki, qatığın şekersiz və az yağlı variantları daha faydalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru