Alimlər 80 milyon il əvvəl yaşamış dinozavrın yeni növünü kəşf edib

12-06-2025, 15:34           
Alimlər 80 milyon il əvvəl yaşamış dinozavrın yeni növünü kəşf edib
Kanadalı paleontoloqlar tirannozavrla eyni növdən olan və 80 milyon ildən əvvəl yaşamış yeni dinozavr növünü aşkar ediblər.

“Report” xəbər verir ki, bu barədə ABC teleşirkəti məlumat yayıb.

“Khankhuuluu mongoliensis” adlı yeni növ kiçik tirannozavrlardır. Dinozavrın bu növünün təxminən 770 kq ağırlığı və təxminən 4 m uzunluğu olduğu güman edilir.

ABC qeyd edib ki, 1970-ci illərdə Monqolustanın Qobi səhrasında iki skeletin qalığı tapılmışdı, lakin onlar dinozavrın fərqli növünə aid edilib. O vaxtdan bəri, daşlaşmış sümüklər 2023-cü ilə qədər tədqiq edilməmişdi. Kalqari Universitetinin təbiət elmləri üzrə dosenti bildirib ki, yeni kəşf tirannozavr növlərinin təkamülünə və onların Təbaşir dövrünün sonlarında yayılma modellərinə yeni işıq salır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru