Arılar vızıltı qabiliyyətlərini itirirlər: Onlarda nə baş verir?

Dünən, 17:34           
Arılar vızıltı qabiliyyətlərini itirirlər: Onlarda nə baş verir?
İqlim dəyişikliyi arıların qanadlarının vibrasiya tezliyini və gücünü azaldır. Bu isə onların məşhur "vızıltısını" zəiflədir.

"Daily Mail"ın verdiyi məlumata görə, bu barədə İsveçin Uppsala Universitetindən olan tədqiqatçılar xəbərdarlıq ediblər.

Onların sözlərinə görə, bunun əsas səbəbi yüksək temperaturdur.

Araşdırma zamanı məlum olub ki, istidən və ağır metalların təsirindən arıların əzələləri zəifləyir, bu da onların ünsiyyət qabiliyyətinə və tozlandırma roluna mənfi təsir edir.

Xüsusilə pomidor, qaragilə və doqquzdon kimi bitkilər "vızıltı ilə tozlandırma"ya möhtacdır - bu üsulda arı sinə əzələlərini titrədərək çiçəkdən tozcuqları çıxarır. Bu prosesin pozulması bitkilərin çoxalmasına və biomüxtəlifliyə ciddi zərər verə bilər.

Alimlər arıların səsini ekoloji stres və iqlim dəyişikliyi üçün göstərici (marker) kimi istifadə etməyi planlaşdırırlar.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.