Bakıda qəbiristanlıqda dəhşət: Məktəblini "alə" sözünə görə öldürdülər -VİDEO
Dünən, 17:28
2024-cü ilin oktyabrın 2-də saat 14 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 2008-ci il təvəllüdlü Həsən Qurbanovun qəbiristanlıqda öldürülməsi faktı ilə bağlı keçirilən məhkəmə prosesi başa çatıb.
Referans xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə qətli törədən Yasin Mirzəyevə 9 il 6 ay cəza verilib.
Bu barədə saytımıza açıqlamanı qətlə yetirilən Həsən Qurbanovun anası Ərkinaz Qurbanova məlumat verib.
Onun sözlərinə görə,oğlunun qatilinə verilən bu cəza ilə razı deyil.
"Mən bu işə etiraz edirəm.Oğlumun qətlini sifariş verən şəxs azadlıqdadır.Oğlumu qrupda gedən müzakirədə işlətdiyi "alə" sözünə görə öldürüblər.Uşağım qanitirmədən ölüb.Ona heç kim kömək etməyib.Şahidlər lazımı səviyyədə dindirilmədi.Mənim uşağımı sifarişlə öldürtdürən Əlirzayi Əli olub. Amma o ortalıqda yoxdur...Bundan əlavə hadisə yerində 10 nəfər olub.Onlar Həsənin yaralı olduğunu görüblər.Buna baxmayaraq ərazidə qoyub qaçıblar.",-deyə Ərkinaz Quliyeva bildirib.