Putin atəşkəs əvəzinə Ukraynanın şərqini istəyir

Bu gün, 12:54           
Putin atəşkəs əvəzinə Ukraynanın şərqini istəyir
Putin Şərqi Ukrayna müqabilində atəşkəslə razılaşa bilər.
“The Wall Street Journal” Avropa və Ukrayna rəsmilərinə istinadən Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın şərqini təslim etmək müqabilində atəşkəslə razılaşa biləcəyini yazıb.
Nəşr iddia edir ki, Putin bu təklifi Ukraynada münaqişəyə son qoymaq üçün danışıqlar aparan ABŞ Prezidenti Donald Trampın administrasiyasına təqdim edib.
Qeyd olunur ki, Putin atəşkəs üçün şərt kimi Ukraynadan Rusiyanın tələblərini tanımasını və əhəmiyyətli ərazi güzəştləri etməyi tələb edib.
İddialara görə, Putin Ukraynanın şərq hissəsinin təhvil verilməsini nəzərdə tutan təklifi çərşənbə günü, avqustun 6-da Moskvaya səfər edən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffa çatdırıb.
Məlumata görə, Putin Ukraynanın Donetsk bölgəsindən qoşunlarını çıxaracağı təqdirdə tam atəşkəsə razılaşacağına söz verib.
Tramp administrasiyası isə öz növbəsində Avropa və Ukrayna rəsmilərini bu təkliflə bağlı məlumatlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru