Bu da işğalla razılaşıb, ərazi vermək deməkdir, və Zelenski də, buna getməz...

Bu gün, 12:58           
Bu da işğalla razılaşıb, ərazi vermək deməkdir, və Zelenski də, buna getməz...
Ukrayna prezidenti Vladimir Zelenski bu səhər müraciətində deyib: “Ukraynalılar torpaqlarını işğalçıya verməyəcəklər”. "Və Ukraynanın ərazi məsələsinin cavabı Ukrayna Konstitusiyasında var. Bundan heç kim geri çəkilməyəcək və geri çəkilə də bilməz". "Ukraynaya sülhü gətirəcək real həll yollarına hazırıq. Hər hansı digər növ həllər, heç nə verməyəcək”. "Rusiya başladığı kimi də, çəkilərək müharibəyə son qoymalıdır!".
Bu bəyanat avqustun 15-də Alyaskada Tramp və Putinin görüşü öncəsi vahid mövqe işlənib hazırlanması üçün Ukrayna, ABŞ və Avropanın bir sıra ölkələrinin Böyük Britaniyada qarşıda keçiriləcək mümkün görüşündən əvvəl verilib.
Söhbət nədən yaranıb və nədən gedir? Uitkoff bir-neçə gün əvvəl Putinin dəvəti ilə Moskvaya görüşə gələndə, V. Putin bir yarımçıq təklif irəli sürüb ki, Ukrayna ordusu Donetsk, Luqanskda yerləşdiyi sahələri boşaltsın, biz də, Zaporojye, Xerson vilayətlərindəki bir sıra yerləri boşaldaq.
Tramp da bunu belə başa düşüb ki, Putin o iki, Donetsk və Luqanskı, Krımla birlikdə özündə saxlamaqla, Xerson və Zaporojyedən tam çıxır. Ancaq, Putin Xerson və Zaporojyedən tam da çıxmır, Ukrayna ordusunun boşaidacağı kiçik ərazi qədər ərazi boşaldır. Yəni, "dəyiş-düyüş". İkincisi də, Zelenskiy heç, ona da razı deyil axı, deyir nə Krım, Donbass, bir metr yer vermərik.
Məncə, Tramp-Putin görüşündə məsələ belə qoyular. Rusiya çəkilir Donetsk, Luqanska və Krıma və Ukraynada çəkilir Xerson, Zaporojye tərəfə. Bu nöqtədə də atəşkəs elan edilir. Belə olduqda, Putin də bu yerləri sadəcə atəşkəslə yox, rəsmi Rusiyaya təhvillə buna razı olacaq.
Bu da işğalla razılaşıb, ərazi vermək deməkdir, və Zelenski də, buna getməz, Trampın təzyiqi ilə gedərsə, Ukrayna xalqı Zelensikinin tükünü didər vallah. Bu xalqı mən çox yaxşı tanıyıram və çoxdan. Yaxın dost, tanışlar çoxdur, qohum olanları da var. Bunlar torpaq verən deyillər nə də olsa. Savaşı Putinə bağışlamazlar, o qədər qəzəb var, ruslara. Rusdan da, tam fərqlidirlər, bütün cəhətlərdə... Bəli, torpaqdan pay olmaz!
P. S. P. S.
Dayım oğlunun yoldaşı Ukraindir, neçə illərdir Berlində yaşayırlar. Hələ gənclikdən ikimiz də Moskvada tələbə idik, müəyyən Akademiyanı bitirdi, evləndilər, müəyyən "xidmətdə" çalışdı, 92-də SSRİ dağılanda, podpolkovnik rütbədə hər şeyi təhvil verib, Almaniyaya köçdülər, ora onları dərhal qəbul etdi, iş yerləri verdi. Bizim sənədlər birlikdə hazırlanırdı, anamın xəstəliyi imkan vermədi, döndüm Azərbaycana... O qız, çox qoçaq, ailə və milli-Ukraynacanlı, mərd idi. Sonradan ailə-oğlanları birgə bizneslə məşğul oldular. 3 mərtəbəli şəxsi evləri var mərkəzdə.
İlqar Altay.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru