Bermud üçbucağında gəmilər niyə müəmmalı şəkildə yoxa çıxırlar? - Britaniyalı alimdən maraqlı izah

Bu gün, 12:58           
Bermud üçbucağında gəmilər niyə müəmmalı şəkildə yoxa çıxırlar? - Britaniyalı alimdən maraqlı izah
Britaniyalı okeanoqraf Simon Boksoll gəmilərin müəmmalı şəkildə yoxa çıxmasını təbiət hadisəsi kimi izah edib.

Bu barədə "Daily Mail" nəşri yazıb.

Qeyd olunub ki, Simon Boksoll "Bermud üçbucağının sirri" sənədli filmində bununla bağlı öz versiyasını açıqlayıb.

O hesab edir ki, Florida yarımadası, Puerto-Riko və Bermud adaları arasındakı ərazidə 20-30 m hündürlüyündə tənha kabus dalğalara adi haldan daha çox rast gəlinir. Onun sözlərinə görə, hətta nəhəng gəmi belə bu cür dalğa ilə qarşılaşdıqda iki-üç dəqiqəyə suyun dibinə gedəcək.

Misal olaraq Boksoll Birinci Dünya müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini təchiz edən "Siklop" gəmisini göstərir. 1918-ci ildə gəmi Bermud üçbucağı ərazisində iz qoymadan yoxa çıxıb. Alim hesab edir ki, onu da böyük dalğa batırıb.

Bu fərziyyəni yoxlamaq üçün Simon Boksoll və onun Sauthempton Universitetindən olan həmkarları gəminin miqyaslı modelini qurublar və onun hərəkətlərini araşdırıblar. Təcrübə göstərib ki, düz altlığı və böyük ölçüsü "Siklop"u anormal dalğalar qarşısında xüsusilə həssas edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru