“Mercedes-Benz” “Nissan”dakı payını satdı

Bu gün, 12:44           
“Mercedes-Benz” “Nissan”dakı payını satdı
“Mercedes-Benz” “Nissan”dakı payını 325 milyon dollara satıb.

Almaniyanın “Mercedes-Benz” şirkətinin pensiya fondu Yaponiyanın “Nissan Motor” şirkətindəki 3,8%-lik payını 47,83 milyard yenə - təxminən 325 milyon dollara satıb.

Səhmlər hər biri 341,3 yen qiymətindən satılıb ki, bu da bazar qiymətindən 6%-ə yaxın ucuzdur. Satışdan sonra “Nissan”ın səhmləri də 5,7% dəyər itirib.

“Mercedes-Benz” bildirib ki, bu pay strateji əhəmiyyət daşımır və satış “portfelin təmizlənməsi” məqsədi daşıyır.

Qeyd edək ki, “Nissan” yeni rəhbər İvan Espinozanın təqdim etdiyi planla 2027-ci ilə qədər istehsal gücünü azaldaraq şirkəti zərərlilikdən çıxarmağa çalışır. Şirkət son rübü 535 milyon dollarlıq zərərlə başa vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru