Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Bu gün, 10:08           
Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO
Lənkəran Dövlət Universiteti konfransların təşkil olunması üzrə tender keçirib.

Tenderin qalibi “Ukrayna Ticarət Evi” MMC olub. 32gun.az xəbər verir ki, tərəflər arasında 56.793,4 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Satınalınacaq xidmət və avadanlıqlar arasında kofe-breyk, konfrans üçün xüsusi qələm, səhər yeməyi (50 nəfərlik), günorta yeməyi (65 nəfərlik), banket (65 nəfər), konfrans üçün lövhə (1.2x3), LDU loqolu blaknot və çanta və s. yer alır.

32gun.az-ın əldə etdiyi digər əsas məlumata görə, qalib şirkətin böyük vergi borcu var – 170394.12 AZN.

Həmçinin səyyar vergi yoxlamaları nəticəsində 1.149.678,42 AZN əlavə vergi və 700.217,03 AZN maliyyə sanksiyası tətbiq olunub. Qalib şirkətin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi Fuad Məhərrəmov Rövşən oğludur.

Mediada gedən məlumatlara görə, Şirkət deputat Əlibala Məhərrəmzadəyə məxsusdur.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimovdur













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru