Baş daşı simvolları

Bu gün, 10:04           
Baş daşı simvolları
“Ögey ana” filmindən məşhur İsmayılın itburnu toplayarkən partladılan dağ səhnəsi yadınıza gələr. Bu dağ İsmayıllı rayonu mərkəzindən 30 km aralıda və bu istiqamətdə son olan Qalacıq kəndinə gedən yoldadır
Çox gözəl mənzərəsi, təmiz havası olan Qalacıq keyfiyyətli, iri ölçülü şabalıdları ilə tanınır. İsmayıllıda şabalıd bağları olan tək kənddir. Nəhəng şabalıd ağacları kəndin bütün yollarını, bağları bürüyüb və hər tərəfə kölgə salır.
Bu məndən mənə bir neçə qədim məzarlıqdan fotoları Məsimov Qafar Əkrəm oğlu adlı şəxs göndərib. Düzü əksəri oxunmadı, yaxud foto keyfiyyəti az idi. Lakin çalışdığım qədər öyrənməyə cəhd etdim. Əgər burada hansısa bir səhvim olsa düzəlməyə kömək edənə təşəkkür edirəm..
1) Şəkildə qayanın üzərində çəkilmiş petroqlif görünür. Təsvir bir əl fiquruna bənzəyir – barmaqların şaquli xətlərlə göstərildiyi, bilək hissəsinin isə daraldığı aydın olur. Bu təsvir də böyük ehtimalla qədim insanların ritual və ya simvolik niyyətlə çəkdiyi əl işarəsidir.
Yadıma Qobustanda rast gəldiyim işarələr düşür bunu görəndə..Qobustanda ov, rəqs və gündəlik həyat səhnələri ilə yanaşı, əl və barmaq işarələri də aşkar edilib. Bu təsvirlər bəzən ovsun, bəzən də qrup kimliyini göstərmək üçün çəkilib.
Qədim insan üçün əl güc və hakimiyyət simvolu idi. Əl bəzən ilahə və ya qoruyucu qüvvə ilə əlaqələndirilirdi. Qədim insanların inanc sistemlərində əl: göy və insan arasında vasitə sayılırdı. Qədim türk və proto-türk tayfalarında qaya, daş üzərində əlin çəkilməsi tayfa damğası kimi də qeyd edilir mənbələrdə. Ərazidə məskunlaşmış ibtidai icmanın yaxud bir tayfanın məskunlaşma ərazisini işarələmək kimi də yazılır bəzi müəlliflər tərəfindən. Bu gün dörd təbiət ünsürü: Hava, Od, Su və Torpaq kimi qəbul edilir. Novruz bayramında oxşar çərşənbələr olmasını bunu qədim inanc sistemi ilə əlaqəli olmasını göstərir. Lakin onlardan qat qat öncə də mövcud inanclara görə beş ünsür olub: Hava, Od, Su, Torpaq və Ruh.
Məhz əlin beş barmağı açıq formada çəkilməsi bununla da bağlı ola bilər.
Ola bilsin ki, burada əsasən XVIII əsrin sonu – XIX əsrin birinci yarısına aid baş daşları çoxur, islamı element də daşıya bilər. O dövrdə yayılan “Fatimə əli” və ya “Həvva əli” motivi də ola bilər.
Tam bu barədə dəqiq heç nə deyə bilmərəm, amma bu ya müqəddəs qoruyucu işarədir, ya
tayfa nişanıdır ya da ritual-ovsun təsviridir.
Ən son variantım da qədim türk tayfalarından and içməsi mənasında çəkilib.
Düzünü daha peşəkar mütəxəssislər yaza bilər.
Sadəcə bu mənim versiyamdır
2) Yuxarı hissədə günbəzvari başlıqlı çərçivə həkk olunub. Buna oxudum mənbələrin bəziləri mehrab - forması deyir. Qiblə işarəsi kimi də izah edilir. Bu şəkildə olan məna isə mənə görə imanlı bir insanın baş daşıdır. Qəbir daşında bu rəmzin çəkilməsi, yəni onun ərazidə hörmətli və nüfuzlu biri olmasını göstərir. Bunu burada çəkməkdə isə məqsəd həm qəbir daşını estetik göstərmək, həm də mərhuma hörmət əlaməti göstərmək idi.
Bu formalı başdaşlar Azərbaycanda xüsusilə XVII–XIX əsrlərdə geniş yayılmış idi. Daha qədim daşlarda ornamentlər zəngin, yazılar isə kufi və ya nəsx üslubunda olurdu.
Bir daha təkrar edirəm bunlar mənim oxuduğum mənbələr üzrə versiyalardır. Daha doğrusunu peşəkar mütəxəssislər bilər.
Prof.Dr. Zaur Aliyev
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru